AZ

Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

“News24.az” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Güləşçimiz finalda italiyalı Aurora Russoyla qarşılaşıb.

G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib.

Seçilən
88
3
news24.az

10Mənbələr