AZ

Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Güləşçimiz finalda italiyalı Aurora Russoyla qarşılaşıb.

G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib.

Xatırladaq ki, sərbəst güləşçimiz Arseniy Djioyev U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

"Cebheinfo.az"

Seçilən
103
3
cebheinfo.az

10Mənbələr