AZ

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

DİN qanunsuz saxlanılan silah-sursat aşkar edib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 3 tapança, 3 qumbara, 35 tüfəng, 3 patron darağı və 187 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
28
43
operativmedia.az

10Mənbələr