Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindəntəşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2024-cü ildə30,6 min təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5,2 minton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kqarı südü əldə olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının ortasatış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satışqiyməti isə 7,0 manat olub.
2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1faiz azalıb, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faizartıb, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43,0 faiz, arısüdü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatlarınhər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 faizazalıb.
Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarınınistehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.