Bu barədə Aktual.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.
2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1% azalıb, bal istehsalı 13,5%, güləm istehsalı 88,8% artıb, mum istehsalı 23,5%, vərəmum istehsalı 43%, arı südü istehsalı 14,9%, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4% azalıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.