Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqedilən 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncama uyğunolaraq, “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radioyayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” icraedilməkdədir.
Belə ki, 12 mart 2025-ci il tarixindən etibarən Bakı TeleqülləKompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən“SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eynimarkalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlıradioötürücü ilə əvəz olunub.
Tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisindəyerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES”markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fidersistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsigenişləndirilib.
Beləliklə, Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllırayonlarında, eləcə də ətraf ərazilərdə 223,936 MHs təktezlikli(SFN) rejimdə 12 radio proqramın fasiləsiz qəbulu təmin edilib.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı və digər inkişaf etmişölkələrdə DAB+ standartlı rəqəmsal radio geniş tətbiq edilməkdədir.Azərbaycanda da sözügedən Sərəncamın icrası məqsədilə bu standartakeçidlə əlaqədar tədbirlər davam etdirilir.
Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanıntəmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkəərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeninöv rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efirməkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.
Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində ölkəərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunmasınəzərdə tutulur.
Bu məqsədlərə çatmaq üçün ölkə ərazisində rəqəmsal radioyayımşəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davametdirilir.
Hazırda “Azərpoçt” MMC-nin Bakı şəhərində fəaliyyət göstərən birneçə poçt şöbəsində (AZ1000, AZ1001, AZ1017, AZ1073, AZ1124 vəAZ1138 indeksli poçt şöbələri) müxtəlif modifikasiyalı DAB+radioqəbuledici qurğuların satışı həyata keçirilir.
Qeyd edək ki, FM analoq radio yayımlarından DAB+ rəqəmsal radioyayımına keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyatvasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayətqədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərəalınacaq.