AZ

Mərkəzi Aran və ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlı radioötürücü ilə əvəz olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Teleradio İstehsalat Birliyindən (İB) bildirilib.

Məlumata görə, tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisində yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES” markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fider sistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsi genişləndirilib.

Beləliklə, Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə 223,936 MHs təktezlikli (SFN) rejimdə 12 radio proqramın fasiləsiz qəbulu təmin edilib.

Qeyd edilib ki, Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radio geniş tətbiq edilir. Azərbaycanda da sözügedən Sərəncamın icrası məqsədilə bu standarta keçidlə əlaqədar tədbirlər davam etdirilir.

Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində ölkə ərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur.

Seçilən
13
15
aznews.az

10Mənbələr