AZ

Ukrayna və ABŞ ərazi güzəştləri məsələsini müzakirə edib

Ukrayna

Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukrayna və ABŞ nümayəndə heyətləri digər məsələlərlə yanaşı, ərazi güzəştləri məsələsini də müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İrlandiyada keçirdiyi mətbuat konfransında deyib.

O, hansı ərazi güzəştlərinin müzakirə olunduğunun təfərrüatlarını açıqlamayıb.

Rubio həmçinin 30 günlük atəşkəs təklifi ilə bağlı Rusiyadan müsbət cavab alacaqlarına ümid etdiyini bildirib. O, Rusiyanı bütün hərbi əməliyyatları dayandırmağa çağırıb ki, “insanlar ölməsin, güllələr uçmasın”.

“Rusiya “yox” söyləsə, bu, bizə çox şey deyəcək. Amma bu münaqişənin hərbi yolla həlli yoxdur”, - o deyib.

Rubio əlavə edib ki, Ukraynanın Rusiyadan “gələcək hücumlara qarşı kifayət qədər çəkindirici qüvvəyə” ehtiyacı var. Bununla belə, o, Ukraynanın mineral ehtiyatları ilə bağlı təklif olunan sazişi məhz təhlükəsizlik təminatı kimi xarakterizə etməyə hazır deyil. Dövlət katibi deyib ki, ABŞ bu gün Rusiya ilə əlaqə qurmaq niyyətindədir, lakin Moskvanın təklif olunan atəşkəsə reaksiyasının necə olacağını hələ bilmir.

O, həmçinin əlavə edib ki, Avropanın Rusiyaya qarşı sanksiyaları istənilən atəşkəs razılaşmasında nəzərə alınacaq.

E. KAMAL
Seçilən
43
50
reyting.az

10Mənbələr