AZ

Rubio təsdiqlədi: Kiyevlə bu mövzuda danışıq aparılıb

"ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında aparılan danışıqlarda digər məsələlərlə yanaşı ərazi güzəşti mövzusunu da müzakirə ediblər".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio İrlandiyada keçirdiyi mətbuat konfransında deyib.

O, sülh prosesi çərçivəsində aparılan danışıqlar zamanı ərazi güzəşti məsələsindən də söhbət açıldığını bildirib. Lakin təfərrüatları açıqlamayıb.

Rubio həmçinin 30 günlük atəşkəs təklifinə Rusiyadan müsbət cavab alacağına ümid etdiyini söyləyib:

"İnsanların ölməməsi, güllələrin havada uçmaması üçün bütün hərbi əməliyyatlar dayandırılmalıdır. Bu münaqişənin hərbi yolla həlli yoxdur".

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev rəsmiləri arasında baş tutan görüş nəticəsində Ukrayna 30 günlük atəşkəs razılaşması təklifini qəbul edib. Eyni zamanda ABŞ-ın Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyi deyilir. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
1
olaylar.az

10Mənbələr