AZ

Azərbaycan boksçusu dünya çempionatında döyüşmədən mərhələ adlayıb

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 48 kiloqramda mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.

Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.

Seçilən
51
9
azertag.az

10Mənbələr