AZ

Anaxanım İsmayılova DÇ-də 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyada qadınlar arasında təşkil olunmuş dünya çempionatında mərhələ adlayıb.

Arena.az xəbər verir ki, Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatı davam edir.

Bu gün Azərbaycan millisinin daha bir boksçusu mərhələ adlayıb. 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib. Buna onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi səbəb olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.

Seçilən
50
6
arena.az

10Mənbələr