AZ

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.

Seçilən
44
21
90deqiqe.az

10Mənbələr