AZ

Daha bir qadın güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Demokrat.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.

Seçilən
47
21
demokrat.az

10Mənbələr