AZ

Ən çirkli havaya sahib ölkələr açıqlandı

Bakı. Trend:

İsveçrənin hava keyfiyyəti texnologiyası şirkəti IQAir 2024-cüilin hesabatında dünyada ən çirkli hava keyfiyyətinə malik ölkələriaçıqlayıb.

Trend xəbər verir ki, buaraşdırmaya görə, dünyada yalnız 7 ölkə Ümumdünya SəhiyyəTəşkilatının müəyyən etdiyi hava keyfiyyəti standartlarına cavabverir.

Ən Çirkli Havaya sahib 5 Ölkə:

Çad
Banqladeş
Pakistan
Konqo Demokratik Respublikası
Hindistan

Bu ölkələrdə hava çirkliliyi, Ümumdünya Səhiyyə Təşkilatınınmüəyyən etdiyi limitin 10 qatına qədər yüksəlir, Çadda isə bugöstərici 18 dəfə artıqdır.

Dünyanın Ən Çirkli Paytaxtları:

Yeni Delhi (Hindistan)
Najami (Çad)
Dakka (Banqladeş)
Kinşasa (Konqo Demokratik Respublikası)
İslamabad (Pakistan)

Hindistanda 2024-cü ildə havanın çirkliliyi 2023-ə nisbətən 7faiz azalıb, Çində isə 2013-2020-ci illər arasında çirklənmə 50%azaldı.

Avropada ən çirkli havaya sahib ölkə isə Bosniya vəHerseqovinadır. Şimali Makedoniya və Serbiya da sıralamada yeralır.

Dünyada yalnız 7 ölkə Ümumdünya Səhiyyə Təşkilatının havaya dairstandartlarına tam uyğun gəlir. Bu ölkələr: Estoniya, İslandiya,Avstraliya, Yeni Zelandiya, Bahamalar, Qrenada və Barbados.

Hava çirkliliyi yüksək qan təzyiqindən sonra dünyada ölümə səbəbolan ən böyük risk faktorudur. Hər il 7 milyon insan havaçirkliliyi səbəbindən həyatını itirir.

Seçilən
3
5
az.trend.az

10Mənbələr