Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində avtovağzalbinası layihələndiriləcək.
Trend-in əldəetdiyi məlumata görə, layihələndirmə işləri mövcud iki mərtəbəlieni 15 metr, uzunu 43,7 metr olan Avtovağzal binasındaaparılacaq.
Belə ki, artıq bununla bağlı Şərur Rayon İcra Hakimiyyəti (RİH)müvafiq işlərə yekun vurub və hazırda layihə-smeta sənədlərininhazırlanması işləri start götürüb.
Layihələndirmə işlərinə uyğun olaraq aşağıdakı işlərgörüləcək:
-Binada ölçü işlərinin aparılması
-Memarlıq bölməsinin hazırlanması -Baş planın hazırlanması
-Geoloji hesabat və Geoloji rəyin hesablanması
-Topoqrafiq xəritənin hazırlanması -Statik və dinamik hesabatlarınhazırlanması
-Konstruktiv cizgilərin hazırlanması -Elektrik təchizatı bölməsininhazırlanması
-Yanğın siqnalizasiya bölməsinin hazırlanması
-İsitmə və ventilyasiya bölməsinin hazırlanması
-Daxili qaz təchizatı bölməsinin hazırlanması
-Ümumi izahat toplusunun hazırlanması
-Ümumi smetanın hazırlanması
-Qüsur aktının hazırlanması
-Kompleks müayinə işlərinin aparılması
Qeyd olunur ki, hazırlanmış layihə-smeta sənədlərinin ekspertizadamüdafiəsi işlərə daxildir.
RİH mövcud avtovağzal binasının layihələndirilməsinin 168,9 minmanata başa gələcəyini ehtimal edib.