AZ

Bu rayonda avtovağzal binası layihələndiriləcək

Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində avtovağzal binası layihələndiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, layihələndirmə işləri mövcud iki mərtəbəli eni 15 metr, uzunu 43,7 metr olan Avtovağzal binasında aparılacaq.

Belə ki, artıq bununla bağlı Şərur Rayon İcra Hakimiyyəti (RİH) müvafiq işlərə yekun vurub və hazırda layihə-smeta sənədlərinin hazırlanması işləri start götürüb.

Layihələndirmə işlərinə uyğun olaraq aşağıdakı işlər görüləcək:
-Binada ölçü işlərinin aparılması
-Memarlıq bölməsinin hazırlanması -Baş planın hazırlanması
-Geoloji hesabat və Geoloji rəyin hesablanması
-Topoqrafiq xəritənin hazırlanması -Statik və dinamik hesabatların hazırlanması
-Konstruktiv cizgilərin hazırlanması -Elektrik təchizatı bölməsinin hazırlanması
-Yanğın siqnalizasiya bölməsinin hazırlanması
-İsitmə və ventilyasiya bölməsinin hazırlanması
-Daxili qaz təchizatı bölməsinin hazırlanması
-Ümumi izahat toplusunun hazırlanması
-Ümumi smetanın hazırlanması
-Qüsur aktının hazırlanması
-Kompleks müayinə işlərinin aparılması
Qeyd olunur ki, hazırlanmış layihə-smeta sənədlərinin ekspertizada müdafiəsi işlərə daxildir.

RİH mövcud avtovağzal binasının layihələndirilməsinin 168,9 min manata başa gələcəyini ehtimal edib.

Seçilən
1
2
day.az

3Mənbələr