Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman imzalayıb.
Yenisabah.az SANA-ya istinadla xəbər verir ki, Milli Təhlükəsizlik Şurası Respublika Prezidentinin sədrliyi ilə yaradılır. Onun məqsədi təhlükəsizlik və siyasi məsələləri koordinasiya etmək və idarə etməkdir.
Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, şuranın iki məsləhətçi üzvü və Şaraanın təyin edilmiş texniki ekspert olacaq.
Milli təhlükəsizlik və dövlətin qarşısında duran çağırışlarla bağlı qərarlar Şura üzvləri ilə məsləhətləşmələr əsasında qəbul ediləcək.
Görüşlər vaxtaşırı və ya prezidentin qərarı ilə keçiriləcək.
Telegram kanalımız