Suriyanın müvəqqəti prezidenti Əhməd əl – Şaraa ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman imzalayıb .Vətəninfo.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb. .
“ Milli Təhlükəsizlik Şurası Respublika Prezidentinin sədrliyi ilə yaradılır ”. ” Təhlükəsizlik və siyasi məsələləri əlaqələndirmək və idarə etmək onun məsuliyyətidir ” deyə agentlik fərmandan sitat gətirib .
Şuraya xarici işlər , müdafiə , daxili işlər nazirləri , ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq . Bundan əlavə , şuranın iki məsləhətçi üzvü və şəriət tərəfindən təyin edilmiş texniki eksperti olacaq .
“ Milli təhlükəsizlik və dövlətin qarşısında duran vəzifələrlə bağlı qərarlar onun ( Milli Təhlükəsizlik Şurası-İF ) üzvləri ilə məsləhətləşmələr əsasında qəbul ediləcək ” , – fərmanda deyilir .
Sessiyalar müntəzəm olaraq və ya prezidentin qərarı ilə keçiriləcək.