AZ

Qırğızıstan və Tacikistan prezidentləri sərhədlə bağlı tarixi razılaşmanı imzalayıb - VİDEO

Qırğızıstan və Tacikistan prezidentləri sərhədlə bağlı tarixi razılaşma imzalayıblar.

APA xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb.

Qeyd edək ki, hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Xatırladaq ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

https://t.me/apa_az/95620

Seçilən
0
13
apa.az

10Mənbələr