Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon dövlət sərhədi haqqında saziş imzalayıblar.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, sazişin imzalanması Rahmonun Bişkekə rəsmi səfəri zamanı mübahisəli sərhəd bölgələri üzrə təxminən 23 illik danışıqlardan sonra baş tutub.
Tacikistan-Qırğızıstan sərhədində sərhəd-keçid məntəqələrinin açılış mərasimi onlayn videobağlantı vasitəsilə baş tutub. Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının sakinləri arasında bir neçə ciddi toqquşmadan sonra dövlət sərhədi 2021-ci ildən bağlıdır.