AZ

Azərbaycanda sənaye istehsalı azaldı - SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 2 ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalma deməkdir.

 

Maraqlıdır, bu il sənaye istehsalı niyə azalıb?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov istehsalda azalmanın əsas səbəbinin neft-qaz sektorunda hasilatın aşağı düşməsi olduğunu deyib:

 

“Belə ki, bu ilin ilk 2 ayında neft-qaz sektorunda sənaye istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artıb.

Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayenin strukturunda mədənçıxarma sektorunun payı çox olduğu üçün neft-qaz istehsalının azalması ümumi sənaye məhsulunun həcmini də azaldıb”.

 

Millət vəkilinin sözlərinə görə, neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır.

 

V.Bayramov nəzərə çatdırıb ki, bu baxımdan, 2025-ci il üçün sənayedə proqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağı, yəni 2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasına baxmayaraq, bu sektorda artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir.
 
 

Firuzə Əliyeva
 

Seçilən
0
17
sfera.az

10Mənbələr