Məlum olduğu kimi, Azərbaycanda əmək pensiyaları üç yerə bölünür: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası.
Modern.az-ın araşdırmasına görə, Azərbaycanda ən çox əmək pensiyaçısı 2017-ci ildə qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2017-ci ildə 1 315 229 nəfər əmək pensiyası alıb.
2017-ci ildən bəri əmək pensiyası alanların sayı sürətlə azalmağa başlayıb.
Bunu rəsmi statistikada əks olunmuş rəqəmlərdən də görmək olar.
Rəqəmlərə diqqət edək:
2017-ci il - 1 315 229 nəfər;
2018-ci il – 1 295 492 nəfər;
2019-cu il – 1 270 559 nəfər;
2020-ci il – 1 228 829 nəfər;
2021-ci il – 1 200 475 nəfər;
2022-ci il – 1 114 227 nəfər;
2023-cü il – 1 095 958 nəfər;
2024-cü il – 1 098 572 nəfər;
Göründüyü kimi, 2017- 2024-ci il aralığında (son 7 ildə) əmək pensiyaçılarının sayı 216 657 nəfər azalıb.
Rəsmi məlumata görə, hazırda orta aylıq əmək pensiyası 494 manat təşkil edir.
Oxuməni.az