AZ

Azərbaycanda pensiyaçıların sayında kəskin azalma – SƏBƏB NƏDİR?

Məlum olduğu kimi, Azərbaycanda əmək pensiyaları üç yerə bölünür: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası.

Hurriyyet.az xəbər verir ki, Modern.az-ın araşdırmasına görə, Azərbaycanda ən çox əmək pensiyaçısı 2017-ci ildə qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2017-ci ildə 1 315 229 nəfər əmək pensiyası alıb.

2017-ci ildən bəri əmək pensiyası alanların sayı sürətlə azalmağa başlayıb.

Bunu rəsmi statistikada əks olunmuş rəqəmlərdən də görmək olar.

Rəqəmlərə diqqət edək:

2017-ci il - 1 315 229 nəfər;

2018-ci il – 1 295 492 nəfər;

2019-cu il – 1 270 559 nəfər;

2020-ci il – 1 228 829 nəfər;

2021-ci il – 1 200 475 nəfər;

2022-ci il – 1 114 227 nəfər;

2023-cü il – 1 095 958 nəfər;

2024-cü il – 1 098 572 nəfər;

Göründüyü kimi, 2017- 2024-ci il aralığında (son 7 ildə) əmək pensiyaçılarının sayı 216 657 nəfər azalıb.

Rəsmi məlumata görə, hazırda orta aylıq əmək pensiyası 494 manat təşkil edir.

Seçilən
7
7
hurriyyet.az

8Mənbələr