AZ

Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT

  Qəzaya düşən TƏBİB-in əməkdaşı Sevil Abdullazadənin 2 gün öncə işə düzəldiyi məlum olub.

Referans.az xəbər verir ki, hadisə gənc xanımın yeni işə başlamasını qeyd etdiyi gün baş verib. Belə ki, gənc xanım iki gün öncə işə düzəlib və bunu qeyd edib evə qayıdarkən dəhşətli qəzaya düşüb.

Hadisə 12 mart saat 22:30 radələrində baş verib.

Taksi kimi fəaliyyət göstərən iki maşın qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza baş verib.

Hadisə şahidinin məlumatına görə, taksi sürücülərindən birinin telefonla məşğul olması nəticəsində yaranan ehtiyyatsızlıq ucbatından hadisənin baş verdiyi bildirilib.

Sevil 2002-ci ildə Qazax rayonunda anadan olub. 2019-cu ildə 600-dən çox bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, Sevil Abdullazadə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi olub.  

Seçilən
20
3
referans.az

5Mənbələr