AZ

TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən maşın vurub öldürübmüş - TƏFƏRRÜAT

Qəzaya düşən TƏBİB-in əməkdaşı Sevil Abdullazadənin 2 gün öncə işə düzəldiyi məlum olub.

Yenisabah.az Azxeber.com-a istinadən bildirir ki, hadisə gənc xanımın yeni işə başlamasını qeyd etdiyi gün baş verib.

Belə ki, onun işə qəbul əmri martın 11-də verilmişdi. İki gün öncə işə başlayıb və bunu qeyd edib evə qayıdarkən dəhşətli qəzaya düşüb.

Hadisə 12 mart saat 22:30-da baş verib.

Taksi kimi fəaliyyət göstərən iki avtomobil qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza baş verib.

Hadisə şahidinin məlumatına görə, qəza taksi sürücülərindən birinin səhlənkarlığı nəticəsində baş verib.

Qeyd edək ki, Sevil əslən Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən olub. 2019-cu ildə 600-dən çox bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Sevil Abdullazadə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi olub.

Onu da qeyd edək ki, Sevilin aprelin 1-də doğum günü olacaqdı.


Telegram kanalımız
Seçilən
14
3
yenisabah.az

5Mənbələr