AZ

Trampın xüsusi elçisi Bakıya gəldi: səhər saatlarında… – İDDİA

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun içərisində olduğu ehtimal edilən təyyarə Rusiya paytaxtı Moskvanı tərk edib.

Ulusal.az bu barədə “Flightradar” portalının məlumatına istinadən xəbər verilir.

Məlumata görə, sözügedən təyyarə Moskva vaxtı ilə gecə saat 01:54-də hava limanından havaya qalxaraq cənub istiqamətində hərəkət edib. Marşrut barədə rəsmi açıqlama verilməsə də, mənbələr təyyarənin Bakı istiqamətində uçduğunu bildirir.

Bəzi mənbələrin məlumatına əsasən, təyyarə Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin Stiven Uitkoffun bu reysdə olub-olmadığı ilə bağlı rəsmi təsdiq yoxdur.Musavat.com

Seçilən
53
3
moderator.az

9Mənbələr