ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun içərisində olduğu ehtimal edilən “Gulfstream G650” təyyarəsi Rusiya paytaxtı Moskvanı tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Flightradar24” portalının məlumatında bildirilib.
Məlumata görə, sözügedən təyyarə Moskva vaxtı ilə gecə saat 01:54-də hava limanından havaya qalxaraq cənub istiqamətində hərəkət edib.
Mənbənin məlumatına əsasən, təyyarə Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin Stiv Uitkoffun bu reysdə olub-olmadığı ilə bağlı rəsmi təsdiq yoxdur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta