Sürücülük vəsiqəsi ilə bağlı YENİ XƏBƏR - Qaydalar DƏYİŞİR?
Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün müəyyən olunmuş qaydalara əsasən, vətəndaşlar nəzəri və praktiki imtahanlardan uğurla keçməlidirlər.
Bu proses sürücülərin yol hərəkəti qaydalarına dair biliklərini və nəqliyyat vasitəsini idarəetmə bacarıqlarını yoxlamaq məqsədilə təşkil olunur.
Sürücülük vəsiqəsi əldə etmək istəyənlər üçün əsas tələblər aşağıdakılardır:
Yaş həddi: Müxtəlif kateqoriyalar üçün müəyyən yaş hədləri mövcuddur. Məsələn, "B" kateqoriyası üçün minimum yaş həddi 18-dir.
Tibbi arayış: Namizədin sağlamlıq vəziyyətinin sürücülük üçün uyğun olduğunu təsdiq edən tibbi arayış təqdim olunmalıdır.
Nəzəri və praktiki imtahan: Yol hərəkəti qaydaları üzrə test və avtomobil idarəetmə bacarıqları yoxlanılır.
Rəsmi sənədlər: Şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd və digər tələb olunan sənədlər təqdim edilməlidir.
Bəs sürücülük vəsiqəsinin alınma qaydalarında yaxın gələcəkdə dəyişikliklər gözlənilirmi?
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə bildirib ki, hazırda nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin alınması qaydaları qüvvədə olan normativ hüquqi aktlara uyğun tənzimlənir:
"Bu sahədə hər hansı əlavə və dəyişikliklərin edilməsi məsələsi qanunverici orqanın səlahiyyətlərinə aiddir".