AZ

Şirin pambıqdan zəhərlənən məktəblilərin son durumu -YENİLƏNİB

14.03.2025-ci il tarixində saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib.

Musavat.com xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri – Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır

Seçilən
4
3
ictimairey.az

10Mənbələr