AZ

Goranboyda məktəblilər peşməkdən zəhərləndi

Goranboy rayonunda 9 yaşlı iki məktəbli zəhərlənib.

Rayonun Səfikürd kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri – 2016-ci il təvəllüdlü N. Kərimova və həmyaşıdı S. Əliyev zəhərlənmə diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların “pambıq” şirniyyatı kimi tanınan peşməkdən zəhərləndiyi bildirilir.

Hazırda uşaqların vəziyyətləri stabildir.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı (1-i qadın, 1-i kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Seçilən
4
3
tribunainfo.az

10Mənbələr