1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan tərəfi hazırda Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 90-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT-ə müraciət edə bilər:
"Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq bu barədə təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq bunu ciddi risk hesab edirik".
Məhərrəm Əliyev