1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"ABŞ Azərbaycan və Ermənistanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilib.
Qeyd olunub ki, bu addım hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirməkdə mühüm fürsətdir:
"İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək, eləcə də Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır".