1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qolden State Varriors"un 36 yaşlı ulduzu və Milli Basketbol Assosiasiyasının (MBA) dördqat çempionu Stiven Körri tarixi nailiyyətə imza atıb.
Oxu.Az xəbər verir ki, "Sakramento Kinqs" ilə oyunda reallaşdırdığı üçxallıq atış onun karyerasında 4000-ci olub.
MBA tarixində heç bir basketbolçu dəqiq üçlüklərin sayında hələ bu həddə çatmayıb.
Üçxallıq atışların sayına görə ikinci yerdə "Los-Anceles Klippers"də çıxış edən ABŞ-li basketbolçu Ceyms Harden qərarlaşıb. Onun aktivində 3127 belə dəqiq atış var.