AZ

Hande Erçel ilkə imza atdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son olaraq Barış Arduç ilə baş rolları paylaşdığı "Rüzgara Bırak" filmi ilə gündəmə gələn Hande Erçelin yeni layihəsi bəlli olub.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Erçelin yeni filminin süjetini özünün yazdığı ortaya çıxıb.
Aktrisanın yeni ekran partnyoru Metin Akdülger olacaq. İkili "İki Dünya Bir Dilek" adlı filmdə bir araya gələcək.
Filmin ssenarisini isə Elçin Muslu yazacaq.
10 apreldə çəkilişlərə başlanacaq filmdə Hande Erçel "Bilge" adlı vəkili canlandıracaq.
Beləliklə də, Hande ilk dəfə öz yazdığı hekayə əsasında çəkilən filmdə baş rolda oynayacaq.
Filmdə Hüseyn Avni Danyal, İdil Fırat, Mert Ege Ak, Rami Narin, Eylül Su Sapan, Nazlıcan Demir və Serkan Tınmaz kimi adlar rol alacaq.
Seçilən
12
23
oxu.az

10Mənbələr