AZ

Qaziantep hava limanında sərnişindaşıma 460 min nəfəri keçib (ÖZƏL)

Bakı, AzerVoice

2025-ci ilin fevral ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 466 min 148 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 382 min 172 nəfər, beynəlxalq reyslər üzrə isə 66 faiz artaraq 83 min 976 nəfər təşkil edib.

2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 4 min 982 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq,3 min 407 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 74 faiz artaraq , min 576 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı ilə müqayisədə 26 faiz artaraq, 4 min 153 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 21 faiz artaraq, 3 min 602, beynəlxalq reyslər üzrə isə 72 faiz artaraq 551 olub.

2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə 694 min 727 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Seçilən
3
14
turkic.world

10Mənbələr