AZ

ABŞ Dövlət katibinə böyük hörmətsizlik: Ayaqaltı ilə qarşıladılar - FOTO

Kanada dünən G7 ölkələrinin xarici işlər nazirlərini qəbul edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla yaşanan gərginlik ABŞ Dövlət katibi Marko Rubionun qəbulunda da özünü göstərib.

Belə ki, kanadalı rəsmilər ABŞ Dövlət katibini qarşılayarkən onun qrşısına qırmızı uzun xalça əvəzinə balaca ayaqaltı səriblər.

Rubionun Kanada Xarici İşlər Nazirliyinin Protokol üzrə direktor müavini tərəfindən qarşılandığı açıqlanıb. 
Sözügedən görüntü sosial mediada gülüş obyektinə çevrilib. 

Bu iki gün ərzində Rubio Böyük Britaniya, Kanada, Almaniya, İtaliya və Yaponiyadakı həmkarları ilə görüşəcək.

Qeyd edək ki, D.Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı kimi ilhaq etmək istədiyini açıqlayıb. Bundan əlavə, Tramp gömrük rüsumlarını ikiqat artırıb.

Trampın bəzi Kanada məhsullarına rüsum tətbiq etməsindən sonra Kanada bazarlarında Amerika məhsullarının satışının sürətlə azaldığı bildirilir.

Billurə Yunus

Seçilən
28
1
olke.az

10Mənbələr