AZ

Məşhur avtomobil brendi silah istehsalına başlayır - FOTO

“Volkswagen” Almaniya hökuməti ilə yeni müqavilə çərçivəsində müdafiə sənayesinə daxil olur.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, şirkət istehsal gücündən hərbi texnika istehsalında istifadə edəcək.

Belə ki, “Volkswagen” müxtəlif müdafiə vasitələrinin, ilk növbədə hərbi maşınların və logistik dəstək sistemlərinin istehsalına başlayacaq.

Bu addım Almaniyanın artan müdafiə xərclərinə və Avropanın təhlükəsizlik ehtiyaclarına uyğun olaraq strateji qərar hesab edilir.

"Bu addım şirkətimizin geniş istehsal potensialını şaxələndirmək və cəmiyyətə xidmət etmək üçün mühüm fürsətdir. Bizim müdafiə sektoruna verdiyimiz töhfə təkcə işçi qüvvəsi və texnologiya baxımından deyil, həm də Almaniyanın təhlükəsizliyi baxımından mühüm rol oynayacaq", - Volkswagen-in baş direktoru deyib.

“Volkswagen”in hərbi istehsal fəaliyyətlərinin təkcə Almaniyada deyil, Avropada da böyük təsir göstərəcəyi gözlənilir.


 

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
24
1
Demokratikmusavat.com

10Mənbələr