Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, günün ikinci matçında “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
"Sabah” hazırda 35 xalla turnir cədvəlində beşinci, “Zirə” isə 52 xalla ikinci yeri tutur.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
Misli Premyer Liqası
27-ci tur
15 mart
19:30. “Sabah” - “Zirə” - 1:1
Qollar: Cesse Sekidika, 34 (1:0), Davit Volkov, 63 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayılov
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”
17:00. “Kəpəz” - “Qarabağ” - 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
16 mart
16:00. “Səbail” - “Neftçi”
18:30. “Turan Tovuz” - “Sumqayıt”
14 mart
“Araz-Naxçıvan” - “Şamaxı” - 1:1
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 11 qol
Cesse Sekidika ("Sabah") - 10 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Davit Volkov ("Zirə") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol