AZ

"Sabah" "Zirə" ilə heç-heçə etdi - VİDEO

Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

"Sabah” hazırda 35 xalla turnir cədvəlində beşinci, “Zirə” isə 52 xalla ikinci yeri tutur.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

Misli Premyer Liqası

27-ci tur

15 mart

19:30. “Sabah” - “Zirə” - 1:1

Qollar: Cesse Sekidika, 34 (1:0), Davit Volkov, 63 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev

VAR: Nicat İsmayılov

AVAR: Cəmil Quliyev

“Bank Respublika Arena”


Bizim.Media

Seçilən
3
9
bizim.media

10Mənbələr