1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV-nin "Necə olmalıdır?" layihəsinin podkast formatında növbəti buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Bakının piyadayönümlü şəhərə çevrilməsi və bir sıra məsələlər müzakirə edilib.
Bakının piyadayönümlü şəhərə çevrilməsinin səbəbi nədir?
Paytaxt sakinləri bu dəyişikliyə hazırdırlar?
Üfüqi nişanlanma xətləri doğru tətbiq edilir?
Mikromobillik zolaqları hansı səbəbdən boş qalır və bu zolaqların sərhədləri günün qaranlıq vaxtı niyə görünmür?
Niyə sürücülər avtobus zolağına daxil olmaqdan çəkinirlər?
Məlumatverici nişanların sayının artırılması nə dərəcədə faydalı olar?
Podkastın qonaqları - AYNA-nın idarə müdiri Tərlan Səfərov, ekspert Aqil Rəhimovla bu və digər suallara aydınlıq gətirilib.