AZ

“Millinin futbolçularına oruc tutmağa icazə veriləcək”

"Mən buna çox hörmətlə yanaşıram".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşdeyib.

Portuqaliyalı mütəxəssis Haiti ilə Belarus yığmaları ilə keçiriləcək yoldaşlıq matçından öncə məşqlərdə və oyunlar zamanı futbolçuların oruc tutmasına münasibət bildirib:

"Əlbəttə ki, icazə veriləcək. Bu, normaldır.

Fikrimcə, bu cür məsələlərə hörmət etmək lazımdır. Çalışacağıq ki, mövcud duruma uyğun olaraq məşq saatları seçək və gündəliyimizi ona uyğun quraq.

Fürsətdən istifadə edib, qarşıdan gələn bayramlar münasibətilə azərbaycanlıları təbrik etmək istəyirəm”.

Millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.

Seçilən
11
2
sportinfo.az

10Mənbələr