Azərbaycan Premyer Liqasının XXVII turunun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz klubunun heyətində 8-ci dəqiqədə Ayxan Hüseynov fərqlənib. “Sumqayıt”ın qollarını Ayxan Süleymanlı (18) və Bobur Abdixolikov (64) vurub.
Bu nəticədən sonra “Sumqayıt” 28 xalla 7-ci yerdə qərarlaşıb. 43 xala malik “Turan Tovuz” isə dördüncüdür.