AZ

Çempion “Abşeron”a qalib gəldi, “Ordu” uduzdu - FOTO

Azərbaycan Basketbol Liqasında XVIII tur davam edir.

Bizim.Media xəbər verir ki, bu gün turun 3 matçı baş tutub.

B qrupunda turun son matçı Gəncədə keçirilib. Şəhərin eyniadlı komandası turnir cədvəlindəki qonşusu “Ordu”nu sınağa çəkib. Gərgin keçən matç ev sahiblərinin qələbəsi ilə bitib. Bu qələbə "Gəncə"ni birinci pilləyə yüksəldib.

Digər iki görüş A qrupunda olub. “Sabah” “Abşeron”la görüşdə əziyyət çəkməyib. Çempion 33 xallıq fərqlə qalib gəlib.

Son turları uğursuz keçirən “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, sona yaxın rəqib komanda hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, komanda iki turdan sonra iki xallıq fərqlə qələbə qazanıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

XVIII tur
15 mart
B qrupu
14:00. “Gəncə” – “Ordu” - 84:74 (22:8, 19:18, 17:20, 26:28)

Gəncə İS yer komanda O Q M X

1 Gəncə 18 14 4 32
2 Şəki 18 14 4 32
3 Ordu 18 11 7 29
4 Sumqayıt 18 7 11 25
5 Quba 18 5 13 23
6 Lənkəran 18 3 15 21

A qrupu

16:00. “Sabah” – “Abşeron” - 99:64 (23:12, 16:10, 31:21, 29:21)

Sərhədçi İM

19:00. “Naxçıvan” – “Sərhədçi” - 68:66 (21:17, 12:10, 16:12, 19:27)

Sərhədçi İM

1 Sabah 18 14 4 32
2 Naxçıvan 18 12 6 30
3 Neftçi 17 8 9 25
4 Abşeron 18 7 11 25
5 Sərhədçi 18 6 12 24
6 NTD 17 6 11 23


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
40
12
bizim.media

10Mənbələr