AZ

Basketbol: “Neftçi” NTD-yə qalib gəldi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 18-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun son oyununda “Neftçi” və NTD komandaları üz-üzə gəliblər.

A qrupunda turun son matçı “Sərhədçi” İdman Mərkəzində keçirilib. “Neftçi” 76:74 hesabı ilə qalib gələrək qrupda yerini bir qədər də möhkəmləndirib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Quba” “Lənkəran”ı 95:84, “Şəki” “Sumqayıt”ı 104:96, “Gəncə” “Ordu”nu 95:84, “Sabah” “Abşeron”u 99:64, “Naxçıvan” isə “Sərhədçi”ni 68:66 hesabı ilə məğlub edib.

Azərbaycan Basketbol Liqası
A qrupu, 18-ci tur
16 mart

“Neftçi” – NTD 76-74 (18:18, 24:17, 19:17, 15:12)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 32. Naxçıvan – 30. Neftçi – 25. Abşeron – 25. Sərhədçi – 24. NTD – 23.

Seçilən
13
12
arena.az

10Mənbələr