Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlıbəndlərin razılaşdırılması hələ sülh sazişinin imzalanması mənasınagəlmir. Hər şeydən öncə nəzərdə tutulan müddəaların hər birinininreal platformada icrası lazımdır. Bunların başında ErmənistanKonstitusiyası gəlir. Nə qədər ki, Ermənistan Konstitusiyasınadəyişiklik edib Azərbaycana qarşı ərazi iddialarını sənəddənçıxarmayıb, bir o qədər sözügedən ölkə sülhü yalnız xəyal edəbilər.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı HikmətBabaoğlu deyib.
Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun ləğvolunması vacib məsələdir:
“Çünki heç bir səmərəli fəaliyyət göstərməyən bu qurumun mövcudolması sülhə təhdiddir. Qrup ona görə yaradılmışdı ki, hansısamünaqişəni həll etsin, amma o münaqişə artıq yoxdur. AzərbaycanMinsk Qrupunun əvəzinə özü bunu həll etdi. Belə olan halda, Qrupunmövcud olması həmişə sülhü təhdid edən faktor olaraq qalacaq. Çünkio yaranan reallığın özünə təhdiddir".
Parlamentari xatırladıb ki, Avropa İttifaqının MonitorinqMissiyası bu gün də Azərbaycan-Ermənistan sərhədində qalmaqda davamedir.
"Missiya Ermənistanın lehinə hərbi kəşfiyyat fəaliyyəti həyatakeçirir. Belə olan halda artıq bəlli olur ki, biz hələ sülhdən çoxuzağıq. Üstəlik, kommunikasiya xətlərinin açılması da çox vacibməsələdir. Bu da sülhün əsas, prinsipial məsələlərindən biridir.Ancaq bunun əvəzinə Ermənistanın Baş naziri “sülh kəsişməsi” adlı,əslində isə sülhə zidd olan layihədən danışır. Bütün bunları analizetsək, görəcəyik ki, sülh hələ çox uzaqdadır. Bunun səbəbkarı,günahkarı Ermənistandır. Ona görə də Ermənistan sülh istəyirsə,Monitorinq Missiyasının ölkədən çıxarılması ilə bağlı Aİ-yəmüraciət etməlidir. Daha sonra BMT Təhlüksizlik Şurasına müraciətedib ATƏT-in Minsk Qrupuna verdiyi mandatın ləğvini tələbetməlidir”, - o vurğulayıb.
Hikmət Babaoğlu əlavə edib ki, indiki vəziyyətdə sülhdəndanışmaq, əlbəttə ki, tezdir.
“Üstəlik, Azərbaycana qarşı hərbi cinayətlər törədənlər hələ dəErmənistanın siyasi sistemində Azərbaycan əleyhinə ittihamlarsəsləndirirlər. Bunlar Köçəryan və Sarkisyan cütlüyüdür. Onlarınədalət məhkəməsinə çıxarılması mütləq vacibdir. Və nəhayət,Qarabağı talan etmiş Ermənistan onun əvəzinə təzminat ödəməlidir.Ermənistan sülh istəyirsə, yuxarıda sadalanan addımları bir-bir vəqısa müddətdə atmalıdır”, - deyə deputat fikrini tamamlayıb.
Milli Məclisin deputat Elçin Mirzəbəyli isəTrend-əaçıqlamasında deyib ki, sülh müqaviləsinin mətni üzərində prosesinbaşa çatması hələ sülh üçün təminatın olması demək deyil:
“Təminatlı sülh əldə etmək üçün ilkin növbədə etimadlımünasibətlərin formalaşmasına ehtiyac var. Bunun üçün də Ermənistantərəfi etimadın pozulmasında fundamental, əsas rol oynayan bir ölkəkimi etimadın qurulması üçün də müvafiq addımlar atmalıdır.Ermənistan tərəfi birinci növbədə Azərbaycana qarşı əraziiddialarından əl çəkdiyini hüquqi-normativ aktlar səviyyəsindəsübuta yetirməlidir. Prinsipial olaraq Ermənistanın MüstəqillikBəyannaməsinə istinadən Konstitusiyanın preambula hissəsində yeralan iddialarından əl çəkdiyini ortaya qoymalı, Konstitusiyadamüvafiq dəyişikliklər etməlidir”.
Deputat vurğulayıb ki, digər amil tarixin qaranlıq səhifələrininədalətli formada qapadılmasıdır:
"Yəni, Ermənistan tərəfi Azərbaycan ərazilərində törədilən,xüsusilə də ağır müharibə cinayətləri, o cümlədən etnik təmizləmə,soyqırımı cinayətlərinə görə təqsirli bilinən şəxslərinAzərbaycanın ədalət məhkəməsi qarşısında dayanmasını təminetməlidir. Bu, əsas, vacib faktlardan biridir. Paradoksal olardıki, bir dövlət özünün Konstitusiyası və digər hüquqi-normativaktları çərçivəsində başqa bir dövlətin ərazisinə iddia etdiyihalda onunla sülh müqaviləsi imzalasın".
Elçin Mirzəbəyli xatırladıb ki, Azərbaycan hər zaman beynəlxalqhüquq və sağlam məntiqə söykənərək siyasət yürüdüb.
“İndiki şəraitdə Ermənistanın bütün bu tələblər yerinəyetirilmədən tələsik şəkildə sülh müqaviləsini imzalamağa cəhdgöstərməsi tamamilə məntiq, hüquqa zidd bir addımdır. Bu aspektdənErmənistan tərəfinin atdığı addımlar Azərbaycana qarşı sülhmüqaviləsinin imzalanması prosesinin tez bir zamanda həyatakeçirilməsi müstəvisində təzyiqlərin təşkil edilməsinə cəhdgöstərilməsi heç bir halda etimadlı və təminatlı sülhünformalaşmasına xidmət edə bilməz. Bunu nə dövlətimiz, nə dəxalqımız qəbul edəcək”, - deyə o qeyd edib.