AZ

Ermənistanın son təxribatlarına səbəb nədir? - "2 məqsədləri var, amma..."

"Ermənistanın ordumuzun mövqelərini atəşə tutması bölgədə sülh üçün ciddi təhdiddir".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, İrəvanın bu təxribatları arzuolunmaz nəticələrə səbəb ola bilər:

"Ermənistan hər nə qədər öz hərbi büdcəsini artırsa və müxtəlif ölkələrdən silah və texnika alsa da, Azərbaycanla müharibə aparmaq imkanları yoxdur. Bunu İrəvan hakimiyyəti də kifayət qədər gözəl bilir. 

Onu da yaxşı bilir ki, iki ölkə arasında yeni toqquşmaların olacağı halda, Ermənistanın özünün mövcudluğunun sual altında qalması mümkündür. Bu səbəbdən də Ermənistanın mövqelərimizi atəşə tutmasına sadəcə olaraq təxribat cəhdi kimi baxmaq lazımdır".

369623

Ekspert hesab edir ki, Ermənistan bu addımı ilə 2 məqsəd güdür:

"Birincisi, təhlükəsizliyi sual altında qalan Ermənistan onu unutmuş havadarlarının diqqətini yenidən cəlb etmək məqsədi daşıyır. Söhbət onların Avropadakı tərəfdaşlarından gedir. İkincisi isə Konstitusiya dəyişikliyi həyata keçirmədən sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı beynəlxalq ictimai rəy formalaşdırmağa çalışırlar. 

Ermənistan hakimiyyəti düşünür ki, bu şəkildə təxribatlar törətmək və Azərbaycanın da ona cavab verməsi fonunda ayrı-ayrı Qərb dairələri Ermənistandakı maraqlarını qorumaq üçün hərəkətə keçə, hətta rəsmi Bakıya təzyiq göstərə bilərlər".

Lakin politoloq qeyd edib ki, İrəvan administrasiyası Azərbaycanın bu cür təxribatlara cavab verməsinin Ermənistan üçün fəlakətlə nəticələnə biləcəyini nəzərə almır:

"Hər nə qədər havadarları tərəfindən dəstək olsa da, başqa ölkələrin hərbçiləri gəlib onların əvəzinə vuruşmayacaq. Əgər Ermənistan bu formada diqqət çəkməklə özünün təhlükəsizliyi adı altında havadarlarının regiona yerləşdirilməsi və onlardan Azərbaycan əleyhinə istifadəni nəzərdə tutursa, çox böyük səhv edir".

Pərviz

Seçilən
18
48
hit.az

10Mənbələr