AZ

Bu ölkədə dəhşətli yanğın: 50 ölü, onlarla yaralı

Şimali Makedoniyanın Koçani şəhərindəki "Puls" adlı diskotekada yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə MİA agentliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 6:00) radələrində baş verən yanğının səbəbi pirotexniki vasitələrin istifadəsi olub.

1500 nəfərin olduğu diskotekada çıxan yanğın nəticəsində 50 nəfərin öldüyü bildirilir.

Onlarla yaralı ölkənin müxtəlif şəhərlərindəki xəstəxanalara yerləşdirilib.

Seçilən
12
2
axar.az

3Mənbələr