AZ

DƏHŞƏT: Yanğın nəticəsində 50 nəfər ÖLDÜ

Şimali Makedoniyanın Koçani şəhərindəki “Puls” adlı diskotekada yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə MİA agentliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 6:00) radələrində baş verən yanğının səbəbi pirotexniki vasitələrin istifadəsi olub.

1500 nəfərin olduğu diskotekada çıxan yanğın nəticəsində 50 nəfərin öldüyü bildirilir.

Onlarla yaralı ölkənin müxtəlif şəhərlərindəki xəstəxanalara yerləşdirilib.

Seçilən
3
2
konkret.az

3Mənbələr