Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" 2-ci Bundesliqada növbəti matçına çıxır.
Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin yetirmələri bu gün derbidə "Qroyter Fyurt"lə qarşılaşır.
Ötən tur oruc tutduğuna görə heyətə düşməyən həmvətənimiz bu gün ehtiyat oyunçular skamyasında oturub. Çox güman ki, qarşılaşmanın gedişatında Emreli meydançaya çıxacaq.
Matçın nəticəsini saytımız vasitəsilə izləyə bilərsiniz
2-ci Bundesliqa, 27-ci tur
16:30 "Nürnberq" - "Qroyter Fyurt"