Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" 2-ci Bundesliqada növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin yetirmələri bu gün derbidə "Qroyter Fyurt"lə qarşılaşıb.

Ötən tur oruc tutduğuna görə heyətə düşməyən həmvətənimiz görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Məşqçilər korpusu qarşılaşmanın 81-ci dəqiqəsində -  hesab 3:0 "Nürnberq"in xeyrinə olarkən, Emrelini mübarizəyə qoşub.

2-ci Bundesliqa, 27-ci tur

 "Nürnberq" - "Qroyter Fyurt" 2:0

Qollar: Yulian Yustvan, 4,39, Stefanos Tsimas, 45+4